Rusiya XİN UNESCO-nu Qarabağa çağırdı
Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir.
Rakus.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.
“Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik”, – M.Zaxarova bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsinin fikrincə, UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və hazırkı vəziyyəti ilə əlaqəli bütün suallara cavab verə biləcəklər.