Rusiyada işsizlik pik həddə çatır
Rusiyada işsizlik 2020-ci ilin avqust-sentyabr aylarında pik həddə olacaq.
Rakus.az xəbər verir ki, Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ölkədə işsizlərin sayının artım tempi artıq azalıb. İyunda bu göstərici 0,1 faiz artaraq 6,2 faizə yüksəlib. Müqayisə üçün demək olar ki, aprel ayında artım tempi 1,1 faiz, may ayında isə 0.3 faiz olub.
Bununla belə, o, qeyd edib ki, Rusiyada əmək bazarındakı vəziyyət yalnız dördüncü rübdə, məşğulluq səbəbindən işsizlərin sayının düşəcəyi zaman sabitləşməyə başlayacaq.
A.Kotyakov əlavə edib ki, hazırda Rusiyada işləyən vətəndaşların 9 faizi və ya təxminən 4,6 milyon insan təcrid şəraitində işləyir.
Rusiyanın Əmək Nazirliyi pandemiya sona çatdıqdan sonra da ölkədə məsafəli işləməyə tələbatın qalacağının gözlənildiyini deyib.