Dünya 28.11.2019 08:33

Rusiyada Koordinasiya Şurasının yaradılmasına razılıq verildi - FOTO

Noyabrın 25-dən 29-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında işgüzar səfərdə olub.

Rakus.az xəbər verir ki, səfər çərçivəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbəri Eleonora Mitrofanova, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov, Rusiya Federasiyası Prezidentinin Daxili Siyasət idarəsinin rəis müavini Mixail Belousov, “TASS” dövlət informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüşlər zamanı Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşün keçirilməsi olmub.

Polad Bülbüloğlu və Fuad Muradov çıxış edərkən Rusiyaya səfərin mahiyyəti və  məqsədi haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar.

Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarımda fəaliyyəti haqqında danışıb, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğulayıb. O, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə söz açıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra tədbir  qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılıb, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.

Analoji görüşlərin Rusiyanın digər regionlarında da keçiriləcəyi vurğulanıb.

Görüş çərçivəsində Rusiyadakı Azərbaycan Diasporunun nümayəndələri Ramiz Abutalıbov, Adil Hacınski və Rauf Atolibəyova Xalq Cumhuriyyətinin 100 illiyi medalı təqdim edilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO