Rusiyada Qələbə Günü paradı keçirildi
Rusiya ordusu Sovet İttifaqının Nasist Almaniyası üzərindəki qələbəsinin 74-cü ildönümü mayın 9-da Qızıl Meydanda hərbi parad keçirib.
Rakus.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və tək xarici qonaq qismində iştirak edən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə birlikdə Rusiyaya məxsus yüzlərlə hərbi maşının Kremlin divarları önündən keçməsini izləyiblər.
Bu il nümayiş etdirilən hərbi silahlar arasında yüni döyüş texnikalarına rast gəlinməyib. Hərbi paradda məşhur Buk, Tor və Topol-M qitələrarası ballistik raketlər də daxil olmaqla, çox sayda tank və raketlər nümayiş etdirilib.
Hava şəraitinin əlverişsiz olması səbəbindən aviasiya nümayişi ləğv edilib.
Əksər Avropa ölkələri Nasist Almaniyası üzərində qələbəni mayın 8-də qeyd edir. Lakin Rusiya və bəzi digər ölkələr çoğrafi vaxt fərqinə görə Almaniyanın təslim olması yübileyini mayın 9-da qeyd edir.