Rusiyada yoluxanların sayı 100 minə çatır
Rusiyada son bir gündə 5 841 nəfərə koronavirus diaqnozu qoyulub.
Rakus.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada yoluxanların sayı 99 399 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 108 nəfər artaraq 972-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 286 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 220.
Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 140 000-i ötüb. Bunların 959 711 nəfəri sağalıb, 218 030 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.