Rusiyadan 375 azərbaycanlı qayıtdı
Rusiya ilə sərhəddə qalan həmvətənlərimiz Azərbaycana qayıdıblar.
Rakus.az xəbər verir ki, bu barədə Dağıstanın baş nazirinin müavini Ramazan Cəfərov respublikanın başçısı Vladimir Vasilyevlə keçirdiyi videokonfrans zamanı məlumat verib.
Bildirilir ki, Dağıstan ərazisində vətənə qayıtmağı gözləyən 764 vətəndaşımızdan 375-i “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyyə edilib.
Azərbaycanda olan Rusiya vətəndaşlarının ölkələrinə qayıtmasında da problem yoxdur:
“Səfirliyimizlə sıx əlaqədəyik. 15 gün fasilədən sonra səfirliyimiz ölkəmizə qayıtmaq istəyən Rusiya vətəndaşlarının siyahısını hazırlayır. Sabah Azərbaycandan 400-ə yaxın Rusiya vətəndaşını qəbul etməyə və 14 gün ərzində müşahidə üçün yerləşdirməyə hazırıq”, – deyə R.Cəfərov qeyd edib.
Dağıstanın başçısı V.Vasilyev bildirib ki, Azərbaycan Rusiyadan vətənə qayıtmaq istəyən şəxslər üçün xüsusi sayt açıb. Bu, onların çətinliklər olmadan sərhədi keçmələrinə imkan verəcək.