Rusiyanın 14 şəhərində Qələbə tədbirləri ləğv edildi
Rusiyanın 14 şəhərində Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulmuş bayram tədbirləri ləğv olunub.
Rakus.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın 14 şəhərində epidemioloji vəziyyət ağır olduğu üçün Qələbə paradları və yürüşləri ləğv edilib.
Belə ki, Pskov, Voloqda, Yaroslavl, Oryol, Kursk, Perm və digər şəhərlərdə epidemioloji vəziyyət mürəkkəb olaraq qalır. Bu səbəbdən həmin regionların rəhbərləri Qələbə tədbirlərini keçirməməyi qərara alıblar.
Bir müddət əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, iyunun 24-də Rusiyanın 9 Qəhrəman şəhərində, eləcə də Silahlı Qüvvələrin qərargahları, hərbi dairələri, donanmaları və birlikləri yerləşən daha 19 şəhərdə paradlar təşkil olunacaq.