Rusiyanın 3 hərbçisi Suriya-Türkiyə sərhədində yaralandı
Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında əldəqayırma bomba partlayışı nəticəsində Rusiyanın 3 hərbi polis əməkdaşı yaralanıb.
Rakus.az xəbər verir ki, bu abrədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, bomba hücumu Suriyanın şimal Hələb əyalətinin Kobani şəhəri yaxınlığında həyata keçirilib və hərbiçilərin həyatları təhlükədə deyil.
Rusiya və Türkiyə dövlət başçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılığa əsasən, Rusiya və Türkiyə Suriyanın Türkiyə ilə sərhədi boyunca birgə patrul xidməti keçirir.
Suriya hökumətinin müttəfiq olan Moskva Dəməşqə ölkənin bəzi bölgələrini üsyançılardan geri almağa kömək etmək üçün 2015-ci ildə Suriyada hərbi hava kampaniyasına başlasa da, həmin bölgələrdə öz gücündən quruda istifadəni məhdudlaşdırmağa çalışıb.
Lakin Suriyanın kürd döyüşçülərinin bölgəni tərk etməsinə dair Türkiyə ilə Rusiya arasında əldə edilən razılığa əsasən Rusiya öz qüvvələrini Suriya sərhədinə yerləşdirməli olub.