Dünya 26.07.2023 19:37

Rusiyaya qarşı üsyan qaldıran Pəmbək türkləri - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu havadarlara sığınaraq çirkin niyyətlərini reallaşdırmaq üçün müxtəlif vasitələrə əl atıb böldüyü əzəli torpaqlarımızdan biri – Pəmbək mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İki rayona bölünən mahal – murdar erməni planı” adlı süjetdə indiki Ermənistan ərazisində ən qədim zamanlardan bəri Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif türk boylarının yaşadığı, Pəmbək etnotoponiminin “uca bəylər” anlamına gələn etimoloji izahının Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırlatdığı bildirilir.

Qeyd olunur ki, indiki Ermənistan ərazisində yerləşən Pəmbək Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biridir: “1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi nəticəsində Loru-Pəmbək bölgələri rusların əlinə keçir. Həmin ilin  iyulunda Pəmbək əyalətinin 14 kəndindən, təxminən, 5-6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınır. Sonralar Pəmbək əyalətindəki türklərin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan qaldırır. 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən çıxaraq Qars paşalığına sığınırlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət edir. Təəssüf ki, bölgəyə ermənilərin köçürülməsi də məhz həmin illərə təsadüf edir. Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçir və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılırlar.

Diqqətə çatdırılır ki, Pəmbək mahalının ərazisi Ermənistan SSR-nin rayonlaşdırılması zamanı əsasən Böyük Qarakilsə – sonralar Kirovakan və Quqark rayonu,  Hamamlı – sonralar Spitak rayonu arasında bölünür: “Böyük Qarakilsə rayonunda, təxminən, 26 kənd mövcud olub. Hamamlı rayonunda isə, təqribən, 22 kənd var idi. Təəssüf ki, “insanlığm düşməni” olan erməni-haylar öz murdar istəklərinə nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydayşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirildilər.

Süjetdə vurğulanır ki, Pəmbək dağları, füsunkar Pəmbək dərəsi, Muşul meşələri,  Soyuqbulaq yaylağı ilə bu yerlər babalarımızın ən səfalı yurdlarından olub, öz gözəlliyi ilə sanki düşmənlərin gözünə ox kimi batıb: “Əminik ki, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalan oğuz türkləri babalarımızın o səfalı yurdlarına yenidən qovuşacaq, o məkanlara sahib çıxacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 26-da  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO