Sabahdan Türkiyədə toylara icazə verilir
Türkiyədə iyunun 15-dən etibarən nikah, iyulun 1-dən isə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. Amma bu mərasimlər xüsusi qaydalar çərçivəsində keçiriləcək.
Rakus.az xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən bir sıra qərarlar qəbul olunub.
Bu qərarlara əsasən, ilk növbədə, mərasim zamanı bir neçə nəfərin bir yerdə toplanaraq ailə fotosu çəkdirməsinə icazə verilməyəcək. Cütlüklər də daxil olmaqla hər kəs maska taxacaq. Ümumiyyətlə, mərasimlərin havalandırma sistemi olan məkanlarda və ya açıq havada olduqca qısa zaman ərzində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, mərasim keçirilən zaman masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Şənliklərdə iştirak edənlərin sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.