Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı TBMM-nin inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.
Rakus.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Deputatlara burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.