Sakura ağacları apreldə yox, martda çiçəkləyəcək
Bu il Yaponiyada sakura ağacları həmişəkindən bir həftə tez, martda çiçəkləməyə başlayacaq.
Rakus.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, adətən aprelin əvvəllərində başlayan sakuranın çiçəkləməsi fəsli iqlim dəyişmələri ilə bağlı 2020-ci il martın 19-da start götürəcək.
Yaponiyanın rəmzlərindən birinə çevrilmiş sakuranın çiçəkləməsi bu ölkəyə milyonlarla turisti cəlb edir. Yerli statistikaya görə, ötən il yazda bu məqsədlə Yaponiyaya 13 milyon turist gəlib. Eyni zamanda, yaponların “hanami” adlandırdığı sakura çiçəklərindən zövqalma prosesi daxili turistləri də cəlb edir.
Yapon mütəxəssislərinin bildirdiyinə görə, sakuranın çiçəkləməsi adətən bir həftə davam edir. Buna görə də həmin məqsədlə Yaponiyaya gəlmək istəyən turistlərə öz planlarına yenidən baxmaq tövsiyə olunur. Bununla yanaşı, ölkənin müxtəlif ərazilərində sakuranın müxtəlif vaxtlarda çiçəklədiyi də qeyd edilir. Məsələn, cari ildə Tokioda bu prosesin martın 18-də başlanacağı proqnozlaşdırılır. Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında isə sakuranın mayda çiçəkləyəcəyi bildirilir.