Məşhur müğənni Sami Yusif son günlər Azərbaycanda cəbhədə baş verənlərə münasibət bildirib.
Rakus.az xəbər verir ki, Cənubi Azərbaycandan olan sənətçi 764 minlik “Twitter” səhifəsində ölkəmizlə bağlı paylaşımlar edib.
Sami Yusif bildirib ki, düşüncələri və duaları Azərbaycanladır. O, “Qarabağ Azərbaycanındır” həştəqı ilə paylaşım edib.
Thoughts and prayers for my beloved Azerbaijan 🇦🇿💛🤲. SY#KarabakhisAzerbaijan #Azerbaijan
— Sami Yusuf (@SamiYusuf) September 29, 2020