Samirə “Star of Asia”da - FOTO
Müğənni Samirə Əfəndi Azərbaycanı Qazaxıstanda təmsil edib.
Rakus.az xəbər verir ki, o, iyunun 15-16-da Almatanın “Medeo” idman kompleksində təşkil olunan “Star of Asia” festivalına qatılıb.
Tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq qrımızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb.
Həmyerlimiz ulduz qonaq kimi səhnədə hitə çevrilən “Tocame” mahnısını səsləndirib. Onu 10 nəfərdən ibarət “Ballet baqyt girls” rəqs qrupu müşayiət edib.
Gecədə “Black Star” üzvü MOT, Dan Balan, Soqdiana, Outlandish və başqaları iştirak edib. Tədbirdə açılışı edən Əfəndiyə Almatanın rəmzi olan kubok təqdim olunub.