Mədəni 05.12.2022 16:04

“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO

Biri var teatrsevərlər, biri də var teatra zorla gedənlər. İndi deyəcəksiz teatra kim zorla gedər? Ancaq inanın, bəzən belə olur. Mən teatrın seyrindən elə sehrə qapılıram ki, ayılanda artıq özümü ayaq üstə səhnəni alqışlayan tapıram. Bilmirəm, bu aktyorların məharətindən yoxsa teatrın sehrindəndi.

Neçə vaxtdır, teatra getmirdim. Bir qədər öncə Qısa Tamaşalar Festivalı çərçivəsində Gürcüstan aktyorlarının ifasında rus yazıçısı Lev Tolstoyun “Kreyser Sonatası”nı izləyə bildim. Təsirindən ayılmamış ikinci tamaşada iştirak etdim.

Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının ifasında özbək dilində Azərbaycanın klassik səhnə əsəri olan “Qayınana” komediyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş edildi. Rejissor Əsgər Əsgərovun quruluşunda təqdim edilən tamaşada Cənnət obrazını Özbəkistan Respublikasının “Dostluq” ordenli aktrisası Gülbahar Məmmədova ifa etdi.

Tamaşada diqqətimi çəkən nüansı qeyd etməliyəm. Qayınana rolunu ifa edən Gülbahar xanım ölməz sənətkarımız Nəsibə Zeynalovanın oxşarı deyil, sanki özüydü. Möhtəşəm ifa, gözəl mimika ilə yadda qaldı. Bu arada bir daha anladım ki, türk xalqlarının dili bir-birinə çox bənzəyir. Daha gürcü dilində gedən tamaşada olduğu kimi böyük ekranda tərcümə əks olunmurdu. “Qayınana”nın süjetini həm də əzbər bilirik deyə hansısa tərcüməyə də ehtiyac duyulmurdu.

Anlamayan da tapıldı. Arxamda əyləşən bir cüt xanım tamaşanın lap əvvəlindən sonuna qədər “heç nə başa düşmürük” deyib gülüşdülər. Biri başını qoyub yatdı, digəri dayanmadan telefonla oynadı. Diqqətimi dağıda bilmədilər, yüngülcə əsəb keçirtdim sadəcə. Mənim hələ teatrın mənasını anlamayan iki azyaşlı övladım isə sakitcə oturub tamaşanı izlədi. Deməli, gələcəyin 2 teatrsevəri yetişməkdədir.

Xumar Şahin

XƏBƏR LENTİ
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO
Siyasi / 04.12.2022 14:50
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əməyinin bəhrəsidir – MƏQALƏ
Mədəni / 29.11.2022 12:53
Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT
Maraqlı, Mətbuat / 17.11.2022 13:47
Mən kitab oxumuram… – SƏRBƏST YAZI
İdman / 08.11.2022 15:05
Çempion bəlli oldu – “Novoivanovka” ilk kuboku qazandı - VİDEO
Gündəm, İdman / 06.11.2022 15:15
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başa çatdı - FOTO
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO
Siyasi / 02.11.2022 13:00
Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub – XİN
Mədəni / 01.11.2022 09:30
Əlli dörd günlük erməni mühasirəsindən bəhs edən film - VİDEO
İdman / 31.10.2022 12:16
Turnirin yarımfinalı – epizodlar, qollar, finalın anonsu – CƏDVƏL - VİDEO
Hadisə, İdman / 31.10.2022 10:43
Gərgin keçən oyun – diqqətçəkən mənzərə - FOTO
Gündəm, İdman / 30.10.2022 13:22
Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO
Mədəni / 29.10.2022 18:02
“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
İdman / 28.10.2022 10:00
Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Mətbuat / 27.10.2022 10:41
“Report” İA-nın fəaliyyətindən 8 il ötür - VİDEO
Hadisə, İdman / 24.10.2022 11:03
Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 24.10.2022 10:02
Yarışın 3-cü turu-yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı, Mətbuat / 23.10.2022 14:29
Sonuncu tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Gündəm, İdman, Maraqlı / 21.10.2022 11:00
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə son tur həftəsonu yekunlaşır - FOTO
Gündəm, İdman / 17.10.2022 12:00
İkinci turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman, Maraqlı / 17.10.2022 10:14
Yarışın ikinci günü – yaddaqalan anlar - FOTO
İdman, Maraqlı / 16.10.2022 16:05
Turnirin II turu yekunlaşıb, “Ada Təpə” qələbə qazanıb - FOTO
Gündəm, İdman / 14.10.2022 17:00
Ənənəvi Futbol Turnirində 2-ci tura bazar günü start verilir - FOTO
İdman, Maraqlı / 10.10.2022 13:16
Turnirin ilk günü – yaddaqalan anlar - FOTO
Hadisə, İdman / 10.10.2022 11:08
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - FOTO - VİDEO