Sankt Peterburqda Putinə baş daşı qoyuldu - FOTO
Rusiyanın ikinci böyük şəhəri və prezidentin vətəni Sankt Peterburq şəhərində Vladimir Putinə daha bir saxta baş daşı qoyulduğu aşkar edilib.
Rakus.az xəbər verir ki, özünü Pyatnitsa (Cümə) adlandıran qrupun Telegram sosial şəbəkəsində dərc etdiyi fotoda baş daşının üstündə Putinin fotosu, “1952-2019” tarixləri və “Rusiya Federasiyasının Siyasi Meyiti” yazıları görünür.
Telegram postunda yazılıb: “Belə görünür ki, bu, Rusiyada prezidentdən məyusluğun ifadə edilməsinin ənənəsinə çevrilir. Zamansız etiraz. Sankt Peterburq 2019”. Baş daşının Sankt Peterburqun harasında qoyulduğu bəlli deyil.
Bu, bir ay ərzində Putinə qoyulmuş dördüncü saxta başdaşıdır.
Polis aprelin 3-də özünü Agit Russia adlandıran qrupun iki fəalını Sankt Peterburqda Müqəddəs İssak Məbədinin yanında qoyulmuş bunabənzər baş daşı ilə bağlı saxlamışdı. Bu məbəd Sankt Peterburqun ən rəmzi binalarından biridir.
Ötən ay ərzində Putinin saxta baş daşları Moskvada, Naberejnıye Çelnı şəhərlərində və Tatarıstan Respublikasında aşkar edilib.
Naberejnıye Çelnı şəhərində bu aksiya ilə bağlı iki fəala 28 sutka iş verilib.