YENİLƏNDİ: Şəhid ailəsi imdad diləyir, “QAÇQINKOM” süründürür
Şəhid ailəsinə qarşı edilən hörmətsizliklə bağlı edilən şikayətlərə hələ də müvafiq qurum – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər hansı bir tədbir görülməyib. Şəhid ailəsi Xavər xanımın verdiyi məlumata görə onu komitədə sədr əvəzinə başqa birisi qəbul edərək bir ay ərzində tədbir görüləcəyini, vəziyyətinizlə ciddi maraqlanacağını desə də may ayının 23-dən bu günə qədər onların vəziyyəti ilə maraqlanan olmayıb.
Dövlət başçısına edilən müraciətlər də komitəyə öndərilir. Komitədə isə şəhid ailəsinin dərdi ilə maraqlanan yoxdur. Budurmu torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igidimizin ruhuna edilən hörmət, ailəsinə göstərilən qayğı ?!
19.06. 16:54
Respublika Prezidenti İlham Əliyevin münimum əmək haqqının və müxtəlif kateqoriyalı qulluqçuların əmək haqqlarının artırılması ilə bağlı sərəncamları ölkəmizin gündəmində son dərəcə əlamətdar bir hadisəyə çevrilib. Əhali sivinc icərisində şəraitinin durmadan yaxşılaşacağına görə dövlət başçısına minnətdarlığını bildirir. Şəhid ailəsi olan Xavər xanım isə hələ də dərd içərisində müraciətlərinə cavab gözləyir.
Respublika Prezidentinin tapşırıqlarına əsasən ölkəmizdə şəhid ailələrinə ən yüksək səviyyədə qayğı və diqqət göstərildiyinə baxmayaq bu şəhid ailəsinin adi müraciətlərinə belə məhəl qoyulmur, cavab verilmir, şəraiti yoxlanılmır. Sanki bu xanımın həyat yoldaşı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə, 1994-cü ilin fevral ayının 2-də şəhid olub, Bakıda II Fəxri xiyabanda dəfn olunmayıb.
Şəhid ailəsinin yaşayış şəraiti son dərəcə ağırdı. Anasının yanında yaşayan Xavər xanım keçirdiyi ağır sarsıntılardan xəstəliyə düçar olub. Nə baxanı var, nə də dərdini eşidəni.
Xavər xanım bildirdi ki, sonuncu dəfə bu ilin mart ayının 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə gedərək mənzil üçün növbəti dəfə yazılı müraciət edib: “Ordan bildirdilər ki, 10 gün ərzində sizə ərizə ilə bağlı məlumat veriləcək. Ancaq bu günə qədər bir məlumat verilməyib”.
Növbəti dəfə may ayının 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olaraq dərdini danışıb. Sədr 1 ay ərzində onun şəraiti ilə ciddi maraqlanacağını və köməklik göstərəcəyini bildirib. Lakin bu vaxta qədər isə onun adını belə çəkən yoxdur.
Bir şəhid ailəsi olaraq aşıq-aşkar sürüldürüldüyü gördükdən sonra müraciətinin hansı səviyyədə araşdırıldığını öyrənmək üçün may ayının 24-də komitə ilə əlaqə saxlayıb. Komitənin əməkdaşı Maya xanıma bildirib ki, sədrin söz verdiyi bir ay artıq arxada qalıb, onunla maraqlanan belə yoxdur, nə vaxta qədər onu süründürəcəklər. Maya xanım isə onun dərdini dinlədikdən sonra “bilmirəm” deyərək telefonu söndürüb. Budurmu şəhid ailəsinə komitə tərəfindən göstərilən qayğı?!
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın imtiyazlı şəxslərə, o cümlədən şəhid ailələrinə qayğısı hər bir məmur üçün nümunə olmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində isə görünür bu nümunədən xəbərləri yoxdur. Yoxsa mart ayının 1-dən bu günə qədər məcburi köçkün olan şəhid ailəsinin müraciəti baxılmamış qalmazdı.
Şəhid ailəsi redaksiyamızla növbəti dəfə əlaqə saxladı. Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya göndərdiyi məktubun ünvanına çatması ilə bağlı rəsmi məlumat aldığını bildirdi. Komitədən isə bu günə qədər heç kimin maraqlanmadığını deməklə komitənin sədri Rövşən Rzayevə hələ də inandığıdı dedi. Qeyd etdi ki, o məni son dərəcə səmimi qəbul edərək ərizəmə ciddi yanaşılacağını bildirmişdi.
Göründüyü kimi komitə tərəfindən aylarla süründürülən şəhid ailəsi hələ də qürurunu möhkəm tutaraq səbrlə gözləyir. Yoxsa müraciətdə qeyd etdiyi kimi yataq dəstini götürüb Fəxri xiyabanda uyuyan həyat yoldaşının məzarı yanına sığınardı. Görün komitə əməkdaşları şəhid ailəsini hansı müsibətlərə məcbur edir.
Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist