Sosial 27.05.2019 11:53

Şəhid ailəsi Prezidentə müraciət etdi – “QAÇQINKOM” süründürür

Şəhid köçkün ailəsi Xavər Novruzovanın üzləşdiyi çətinliklər və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən illər boyu süründürməçiliyə məruz qaldığı barədə bu ilin aprel ayının 10-da saytımızda ““Qaçqınkom” şəhid ailəsinə biganədir” başlıqlı yazı dərc etmişdik.

Güman edirdik ki, yazını oxuyan komitə əməkdaşları (yazı komitənin elektron ünvanına da göndərilmişdi) bu məsələ ilə ciddi maraqlanacaq, şəhid ailəsinin heç olmasa şəraiti ilə tanış olacaq. Ancaq əfsuslar olsun ki, belə olmadı, elə bil məcburi köçkün olan şəhid ailəsinin vəziyyəti komitənin səlahiyyətinə aid deyil. Bu biganəliyi görən şəhid ailəsi əziyyətlə də olsa komitə sədrinin qəbulunda olub və dərdini desə də, onunla maraqlanan olmayıb. Bu səbəbdən də dövlət rəhbərliyinə müraciət edib. Saytımızın elektron ünvanına daxil olan müraciəti olduğu kimi dərc edir və şəkillə birlikdə nəzərinizə çatdırırıq.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

 

Hörmətli Prezident,

Hörmətli Mehriban xanım,

 

Bir şəhid ailəsi olaraq son anda sizə müraciət etmək məcburiyyətində qalmışam. Çünki yaxşı bilirik ki, sizin rəhbərliyiniz sayəsində xalqımızın rifah halının daim yaxşılaşdırılması üçün mütəmadi işlər görülür və bu qədirbilən hər bir şəxs tərəfindən daim yüksək qiymətləndirilir. Sizin imtiyazlı şəxslərə, o cümlədən şəhid ailələrinə göstərdiyiniz qayğını, etdiyiniz köməkliyi və verdiyiniz yüksək dəyəri bir şəhid ailəsi olaraq həmişə minnətdarlıq hissi ilə qeyd edirəm.

Amma əfsuslar olsun ki, Sizin göstərişlərinizə heç də hər yerdə lazımi səviyyədə əməl olunmur. Konkret olaraq bu həyatda üzləşdiyim vəziyyət bunu deməyə əsas verir.

Məlumat üçün bildirim ki, həyat yoldaşım Əbülfət Almirzəyev vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə (əvvəlcə Zəngilan, sonra isə Füzuli rayonunda) xeyli müddət vuruşaraq 1994-cü ilin fevral ayının 2-də Füzuli rayonunda qəhrəmancasına həlak oldu. Meyiti 1 gün düşmən əsarətində qaldı. Bakıdakı II Fəxri xiyabanda dəfn olundu. Hətta 6 aylıq qızının belə üzünü görmədi. Yoldaşım həlak olanda Zəngilan rayonundan köçkün düşmüşdük, baldızımgildə qalırdıq. Bir otaqda 11 nəfər idik. Yas mərasimini belə keçirməyə şəraitimiz yox idi.

Yoldaşımın ölümündən sonra min bir əziyyətlə Neft Akademiyasının yataqxanasında məskunlaşmışdıq. Bir otaqda 7 nəfər qaldığımızdan yaşayış üçün heç bir şərait yox idi. Bu səbəbdən də 2000-ci ildən sonra qızımla birlikdə məcburi köçkün olan qardaşımın sığındığı qaraja gəldik. O da təmir sexini düzəldib orda qalır.

Sosial şəraitimlə bağlı dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Təxminən 6-7 il bundan əvvəl cavab verdilər ki, qaçqın və məcburi köçkünlər üçün nə vaxt ev tikilib köçürülmə olsa, onda sizə də kömək edərik. Bir dəfə isə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş vaxtı ərizəmi nümayəndəsinə təqdim etdim. Lakin ondan da xəbər olmadı.

Cənab Prezident, sizin bu ilin yanvar ayında şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırlması ilə bağlı göstərişinizdən sonra komitənin yeni rəhbərliyinə bir daha müraciət etmək qərarına gəldim. Bu ilin mart ayının 1-də komitəyə ərizə verdim. Ərizəmi qəbul edib dedilər ki, sizə 10 gün ərzində məlumat veriləcək. Ancaq yenə də heç bir xəbər olmadı. Sonra min bir əziyyətlə aprelin 23-də sədrin qəbuluna düşə bildim. Komitə sədri Rövşən Rzayevə şəraitimiz barədə məlumat verdikdə bildirdi ki, 1 ay ərzində vəziyyətnizlə yerində tanış olacağıq. Lakin 1 aydan sonra da komitədən xəbər olmadı. Ondan sonra yenə komitənin əməkdaşı Maya xanımla əlaqə saxladım. Dedim, axı bir ay oldu, sizdən xəbər çıxmadı, susdu, heç nə demədi.

Bu mənə son dərəcə ağır təsir edir. Həyat yoldaşım vətən üçün şəhid olub, Prezident şəhid ailələrinə qayğı göstərir, məmurlar isə bizi süründürür.

Qardaşımın evində artıq yaşaya bilmirəm. Onların da uşaqları böyüyüb, yaşamağa yerləri yoxdu. Bundan və bu süründürməçilikdən bezərək xeyli sarsıntı keçirirəm. Mütəmadi olaraq müalicə olunuram. Hələ də qızım və 3 nəvəmlə birlikdə evsiz qalmışıq. Hətta Fəxri xiyabanda yoldaşımın məzarının yanında da qalmağı düşünmüşəm.

Cənab Prezident,

Hörmətli Mehriban xanım,

Sizə inanan, güvənən və qəlbən bağlı olan bir şəhid ailəsi kimi vəziyyətimin araşdırılmasını və bizə köməklik göstərilməsini xahiş edirəm.

 

Hörmətlə,

Xavər Novruzova, şəhid ailəsi

Sabunçu rayonunun Sabunçu qəsəbəsində (Natəvan küçəsi 20) qaraj

Tel: 055 865 92 98

 

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS