Hərbi 26.07.2019 15:06

Şəhid Elimdar Səfərov qəhrəmanlıq simvolu idi - FOTO

 

 

“Ana səni çox istədiyim qədər torpağımı, Vətənimi də çox istəyirəm”.

Bu sözlər Aprel döyüşlərində qəhrəmancasına şəhid olan  Xüsusi Təyinatlı bölüyün giziri Elimdar Səfərova aiddir.

Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-da Yardımlı rayonunda  anadan olub. Elimdarın bir yaşı olanda-yəni 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçürlər. Elimdar 1998-ci ildə Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinin birinci sinifinə gedib. 2009-cü ildə məktəbi bitirir və 2010-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedir. Sonradan o Xüsusi Təyinatlı Qüvvələr kursu keçmək üçün N saylı hərbi hissəyə ezam olunur.

Elimdar Səfərov hərbi xidməti başa vurduqdan sonra yenidən öz arzusu ilə Azərbaycan Ordusunun sıralarına qayıdır. Xidmətdə fərqləndiyi üçün komandanlıq tərəfindən bir sıra mükafatlar, medallarla təltif olunub. Axı Elimdar hərbçi peşəsini çox sevirdi. Onun ürəyində bir arzusu var idi. İşğal altındakı torpaqlarımızın qaytarılması. ANA, Vətən, torpaq sevgisi ilə ürəyi döyünən Elimdar azda olsa arzusuna çatır.

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də ələ keçirilib. Bu uğurları təbii ki, Azərbaycan Ordusu, Azərbaycanın qəhrəman oğulları qazanıb. Elə qəhrəmanlarımızdan biridə Elimdar Səfərovdur.

Talış kəndi istiqamətindəki döyüşlərdə Elimdar da iştirak edirdi. Buradakı postların alınmasında o, çox böyük fədakarlıq göstərərək düşmən əsgərlərini məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Amma düşmən gülləsi Elimdardanda yan keçmir. O, aprelin 2-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhid Elimdar Səfərov aprelin 4-də yaşadığı Neftçala rayon Aşağı Qaramanlı kəndində böyük izdihamla dəfn edilib.

Elimdar Səfərov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Elimdarın qəhrəmanlığından danışan onun döyüş yoldaşı və yaxın dostu (Müəyyən səbəblərə görə adını açıqlamırıq) deyir ki, Talış kəndi istiqamətində düşmən postunun alınmasında onun böyük əməyi olub. Elimdar şəhid olmamışdan əvvəl bizim birinci şəhidimiz Dilsuz Qarayev oldu. Söhbət əsnasında sanki Elimdar agah olmuşdu  ki, o da şəhid olacaq. Dedi ki, Dilsuz şəhid oldu, yazıq anası, necə dözəcək bu dərdə. Bunu dedikdən sonra sanki bir anlığa durdu və dedi: “Mən şəhid olsam anamı tək qoymayın. Anamdan müğayət olun. O mənsizliyə dözməz”. Mən və döyüş yoldaşları Elimdarın yoxluğunu azda olsa bacardığımız gədər hiss elətdirmirik.

Elimdar postun alınmasında çox fədakarlıqlar edib. Bunların hamsını mən öz gözlərimlə görmüşəm. Kimlərsə o qəhrəmanlıqları kinolarda görüb. Amma Elimdar onu real edirdi. Onun dəfələrlə ad gününü işğal altında olan torpaqlarda geyd edmişik. Həmişə deyirdi ki, mən bu torpaqların azad olunması üçün dünyaya gəlmişəm. Ən böyük arzusu da o idi ki torpaqlar azad olunsun, Şuşada doğum gününü qeyd etsin. Ona nəsib olmadı, amma onun döyüş yoldaşları, dostları, biz davamçıları onun arzusunu həyata keçirəcəyik. İnşallah torpaqlarımız tezliklə azad olunacaq və Elimdarın doğum gününü orda geyd edəcəyik.

Elimdarın anası Amanə xanım deyir ki, o uşaqlıqdan vətənpərvər və qayğıkeş olub. Elimdarın atası rəhmətə gedəndən sonra o qardaş və bacısına atasızlığı bildirməyib. Hələ kiçik yaşlarından ailənin bütün qayğıları ilə maraqlanıb, işləyib bizi dolandırıb. Elimdar bizi heç vaxt çətinliklərlə üz-üzə qoymayıb. O atasının ölümünü, nə də ailənin başçısının olmadığını bizə hiss etdirmirdi. Hər birimizlə ayrı-ayrılıqda maraqlanardı. Qoymazdı ki, nədənsə çətinlik çəkək. Mən həmişə onunla fəxr edirdim. Körpəliyindən başmı üca edirdi. Ölümü ilədə başımı uca etdi. O ailəsini, qardaşını bacısını canından çox istəyirdi. Qardaşından balaca olsa da ona atalıq edirdi. Qardaşının bütün çətinliklərini həll edərdi. Arzusuna çatdı. Həmişə deyirdi ki, ana səni necə çox istiyirəmsə, torpağımı da, Vətənimi də elə istəyirəm.

Elimdarın şəhidlik zirvəsinə yüksələsindən üç il keçsə də xatirəsi unudulmur. Şəhid Xüsusi Təyinatlı gizir Elimdar Səfərovun əziz xatirəsinin yaşadılması məqsədilə qardaşı və ailə üzvləri tərəfindən park yaradılıb. “Şəhidlər” parkında Neftçaladan olan şəhidlərinin adı əbədiləşdirilib, Elimdarın büstü qoyulub.

Bir sözlə şəhidimizin ailə üzvləri, dostları Elimdarın adının yaşadılması üçün əllərindən nə gəlirsə edirlər.

Elimdarın arzularını reallaşdırmaq üçün qardaşı əlindən gələn nə varsa əsirgəmir, kəndlərindəki məscidi təmir edib, həyətində Elimdarın adına fəvvarə tikdirib. Bir sözlə hər an şəhid qardaşını yaşadmağa çalışır. Elimdarın adının yaşadılması üçün qardaşı oğluna Elimdarın adını qoyub. İndi o evdə balaca Elimdar böyüyür.

Bundan başqa Elimdarın qardaşı Elzibar Səfərov şəhidin doğum günündə imkansız ailələrin uşaqlarını müsəlman edir. Bu il isə Elimdarın 27 yaşı olması ilə əlaqədar 27 uşağı sünnət edəcək.

Gizir Elimdar Səfərovun qəhrəmanlıqlarının yaşadılması üçün ev muzeyi də yaradılıb.

Elimdarın iyulun 26-sı doğum günüdür. Yaşasaydı 27 yaşını qeyd edəcəydi. Lakin vətənini, torpağını sevən qəhrəmanımız ən uca zirvəyə – Şəhidlik zirvəsinə ucaldı. Biz həmişə qəhrəmanlarımızla fəxr etmişik. Elimdar kimi, vətənpərvər oğullarımızın qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaq.

Allah sənə rəhmət etsin şəhidim.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO