Şəhid hərbi qulluqçu Masallıda dəfn olundu - FOTO
Milli Ordunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhidn olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib.
Rakus.az xəbər verir ki, “Report”un Cənub Mərkəzinin məlumatına görə, vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
O, doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.
Xatırladaq ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.
N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.
Allah rəhmət eləsin!