Tərtərin Suqovuşan kəndində minaya düşərək şəhid olmuş polkovnik Babək Mətləb oğlu Səmidlinin əsgərlər qarşısında son çıxışının görüntüləri yayılıb.
Rakus.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda B.Səmidli əsgərlərə döyüşün əhəmiyyətindən, Vətən torpaqlarının müqəddəsliyindən danışır, onları mərdliyə, yurd uğrunda ölümə hazır olmağa çağırır.