Hərbi 27.03.2019 18:09

Şəkidə tədbir keçirildi - FOTO

Martın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Heydər ƏIiyev Mərkəzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kütləvi tədbir keçirib.

Rakus.az xəbər verir ki, tədbirdən öncə Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev, Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Dövlət Himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə soyqırım qurbanlarının xatirəsini ehtiramla anıblar.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Xidmət tərəfindən vətənpərvərlik mövzusunda Şəki məktəbliləri arasında müsabiqənin keçirilməsinin gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə təsirini diqqətə çatdırıb. O, 1918-ci ilin martından başlayaraq daşnaklar tərəfindən Bakının və ümumilikdə Qafqazın azərbaycanlılardan təmizlənməsi məqsədilə hiyləgər və amansız planın icrasına başlanıldığını bildirib. Bu zaman Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə ermənilər xüsusi amansızlıqla dinc azərbaycanlılara qarşı soyqırım törədib, kişilərlə yanaşı minlərlə ahıl, qadın və uşağı da məhz azərbaycanlı olduqları üçün dəhşətli üsullarla qətlə yetiriblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı söhbət açıb. Vətənpərvərlik tərbiyəsində Azərbaycan tarixinin hərtərəfli öyrənilməsinin vacibliyini vurğulayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı zaman-zaman soyqırımının törədildiyini, bu gün respublikamızın 20% torpaqlarının işğal altında saxlanıldığını qeyd edib. Nəzərə çatdırıb ki, Vətəni, torpağı, daimi yaşayış yeri olmayan, yerli şəraitə dırnaqarası “uyğunlaşmağı”, güclülərə “xidmət göstərməyi” yaxşı bacaran ermənilər daim xəyanətkarlıq, satqınlıq “nümunəsini” ortaya qoyublar. Bu nümunələrdən biri də 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutub, ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törədiblər. Kütləvi xarakter almış qırğınlar zamanı təkcə Bakıda 12 min, bəzi mənbələrə görə isə 20-25 min dinc azərbaycanlını qətlə yetiriblər. Qeyd edib ki, uzun müddət bu faktlar gizlədilsə də 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri kütləvi qırğınların insanlığa və bəşəri dəyərlərə sığmayan cinayət olduğunu deyib. XXI əsrdə də ermənilərin bu mənfur əməllərini davam etdirdiyini vurğulayıb.

“Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri” İctimai Birliyinin Şəki rayon təşkilatının sədri Məmmədnuru Əzizov ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı soyqırım aktlarının gənclərə çatdırılmasının vacibliyini, bu məqsədlə keçirilən anım tədbirlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolu olduğunu bildirib.

Tədbirdə Şəki şəhər orta məktəb şagirdləri arasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Şəki şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Abbaszadə, 2-ci yerə Bideyiz kənd tam orta məktəbin şagirdi Nuray Lətifli, 3-cü yerə isə Şəki şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Fəridə Mustafayeva layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda Şəki rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram təqdim olunub.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO