Mədəni 11.01.2020 10:56

Səməndər Rzayevin 75 illiyi qeyd olundu - FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi, mədəniyyət mərkəzinin və mərkəzi kitabxananın təşkilatçılığı ilə Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyi qeyd olunub. Mərkəzi kitabxananın oxu zalında keçirilən tədbirdə ziyalılar, sənətkarın yaxın dostları, onun sənətini sevənlər iştirak ediblər.

Rakus.az xəbər verir ki, şəhər mədəniyyət evinin metodisti Eyvaz Bayramov vaxtilə Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcısı kimi yadda qalan Səməndər Rzayevin həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya göz açan sənətkar 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun ilk sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov və başqaları olub. Aktyor klassiklərdən M.F.Axundzadənin ”Müsyö Jordan və dərviş Məstəli şah” (Hatəmxan ağa), Hüseyn Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), C.Cabbarlının “Aydın” (Balaxan), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), S.Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin) tamaşalarında müxtəlif xarakterli rolları məharətlə ifa edib.

Çıxış edənlər Səməndər Rzayevin “Evləri köndələn yar”, “Yollar görüşəndə”, “Sarıköynəklə Valehin nağılı” və digər televiziya tamaşalarında, “Babək”, ”Babamızın babasının babası”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” filmlərində yaratdığı maraqlı obrazlar barədə danışıblar.

1986-cı il martın 27-də həyatının çiçəklənən dövründə dünyasını dəyişən Səməndər Rzayevin xidmətləri layiqincə dəyərləndirilib.

Tədbirdə sənətkarın uşaqlıq dostları, məktəb yoldaşları Seyfəddin Abdullayev, Nurulla Nuriyev, Cəmaləddin Zeynalov, Maarif Şikar uzaq illərin xatirələrini bölüşüblər.

Günel Şıxəliyevanın ifasında ağsulu yazar Sərvər Şahbəylinin “Üzün gülsün, ay Səməndər, haradasan” şeiri böyük maraqla dinlənilib. Sonda Səməndər Rzayevin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib. (Azərtac)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO