Mədəni 25.02.2023 17:21

“Şərəfli ömür sürənlər həmişə şərafətli olar”

Həyatda çox az insanlar var ki, sayılıb-seçilir, hörmətə-izzətlə sahib olur, eli-obası, yaşadığı cəmiyyət tərəfindən sevilir, qəbul olunur. Əlbəttə, həyat fəaliyyətində insan bir çox ölçü vahidi, dəyərlər ilə seçilir. Mədəniyyət, etika, tərbiyə, nəciblik, xeyirxahlıq, səmimiyyət məhz insanda ön plana çıxan əsas xüsusiyyətlərdir.

Taleyinə hələ uşaqkən qaçqınlıq statusu yazılan Azər Kərimov ailənin son beşiyidir. Əlbəttə, onun doğulduğu ailəni tanıyanlar yaxşı bilir ki, Azər bəyin yaşam tərzi pis olmayıb, qayğıya o qədər də ehtiyac duymayıb. Buna rəğmən, hər kəs kimi, o da zaman-zaman çətinliklərlə üzləşib, ona sinə gərməyin yolunu tapıb, oxuyub, təhsil alıb, özünə yeni cığır, yol açmağı bacarıb. Həm dirçəlib, həm də yaşadıb. Tanrının “səndən hərəkət, məndən bərəkət” prinsipi onun devizi olub. Onun xüsusi bacarığı və ruzisi sayəsində bu gün neçə-neçə insanların, ailələrin dolanışığının təminatı yaranıb.

Bu keyfiyyətləri özündə birləşdirib, öz qabiliyyəti ilə çalışdığı sahədə qazandığı uğurlarla yanaşı, yeniliklərə də imza atmaq asan deyil. Zəhmətkeşliyi, idarəetmə bacarığı, təhsil savadı bu üstünlüklərin əldə olunması üçün bir açarıdır.

Bu nailiyyətlərin sirri həm də genetik kodla bağlıdır. Kərimovlar ailəsi mənim üçün xüsusi statusa, xüsusi hörmətə malikdir. O ailənin valideynləri, hər bir üzvü Ardanış kəndində çox tərbiyəli, təhsilli, mədəni xüsusiyyətləri ilə həmişə öndə olub. Xatırlatmaq yerinə düşər ki, kəndimizin uzun müddət direktoru olmuş, tanınmış ziyalı Abbasəli Kərimov nizam-intizama, təlim-tərbiyəyə, elm və təhsilə, ənənəvi və dini dəyərlərə hər zaman qiymət verib.

Heç yadımdan çıxmaz, rəhmətlik Abbasəli müəllim, təxminən, 20 il əvvəl M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parka gəlmişdi. İnanın, el-oba onun başına toplaşmışdı. Etdiyi ağsaqqal söhbətləri, kəndlə bağlı xatirələri çox maraqlı idi. Orada mənim ana babam İsmayıl kişi haqqında da danışdı. Ümumiyyətlə, babalarımın heç birini görmədiyim üçün babam haqqında nəsə eşitmək maraqlı idi. Onu da deyim ki, Abbasəli müəllim göz yaddaşımda həmişə vüqarlı, cüssəli, boylu-buxunlu, siması nurlu bir şəxsiyyət kimi qalıb. O dedi ki, “İsmayıl kişi çox düzgün, təmiz, qeyrətli, dindar və zəhmətkeş adam idi”. Bu sözləri heç zaman unutmuram və xatırlayanda həqiqətən fərəhlənirəm.

Atalarımız əbəs yerə deməyiblər: “Ot kök üstə bitər”. Həqiqətəndə o ailənin hər bir üzvü ayrı ayrılıqda etikası, insani münasibətləri, səmimiyyəti, xeyirxahlığı, ictimai davranışı ilə seçilib. Azər bəy bu nümunəvi ailənin son beşiyi kimi, həm də bu ailənin güzgüsüdür. Bu güzgüdə Göyçə mahalının Ardanış kəndində dünyaya göz açan Azər Kərimovun görüntüsü, həyat hekayəsi belədir:

“Azər Abbasəli oğlu Kərimov 25 fevral 1978-ci ildə Göyçə mahalının Ardanış kəndində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Ardanış kənd orta məktəbinin 1-ci sinfinə getsə də orta təhsilini ermənilərin etnik təmizləmə siyasətinə görə yarımçıq qoyaraq doğma yurd-yuvasından deportasiya məruz qalıb və ailəsi ilə birlikdə Bakı şəhərinə pənah gətirib. Orta təhsilini 1996-cı ildə 30 saylı tam orta məktəbdə başa vurub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın idarə edilməsi” fakultəsinə qəbul olub və 2000-ci ildə oranı bitirib. 2000-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sırasında hərbi xidmətdə olub. 2001-2008-ci illərdə özəl sektorda çalışıb. 2008-ci ildən “Mister tum” brendini yaradıb və hazırda dünya bazarında tanınan istehsal müəssisəsinə çevrilib. Müəssisənin ekoloji təmiz məhsulları daxili bazarla yanaşı, 10-dan xarici ölkəyə tədarük olunur.

O, 2022-ci ildə daha bir uğura imza atıb. İqtisadiyyat Nazirliyi tərəfindən  Sumqayıt Sənaye Parkının rezidenti statusu ona verilib. Bu etimadı qazanan Azər bəy yaratdığı “AK PACK” MMC üçün yeni zavodun tikintisini də üzərinə götürüb”.

Beləliklə, təkcə vətəndaşlıq etibarı yox, dövlətin də etibarını qazanan Azər Kərimovu 45 illiyi münasibətilə təbrik etmək, ona şəxsi həyatında, eləcə də iş adamı kimi biznes sahəsində bol-bol uğurlar arzulamaq bizim üçün qürurludur. Sadəliyi, təvazökarlığı ilə seçilmək, elin-obanın sevimlisi olmaq, yardımsevərliyi ilə yaddaşlara hopmaq da şərəflidir.

Çünki şərəfli ömür sürənlər həmişə şərafətli olar!

Bu həyatdakı ömür yolun daim açıq olsun!

XƏBƏR LENTİ
Gündəm / 26.02.2023 11:00
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib – RƏSMİ - FOTO
Gündəm, Siyasi / 26.02.2023 10:06
Xocalı soyqırımından 31 il ötür – ACI TARİX - FOTO
Mədəni, Sosial / 25.02.2023 17:21
“Şərəfli ömür sürənlər həmişə şərafətli olar”
Dünya, Maraqlı / 25.02.2023 06:01
Qərbi Azərbaycanın erməniləşdirilmə tarixi - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 21:10
Soyqırıma məruz qalan toponimlər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Siyasi / 24.02.2023 15:59
Qərbi Azərbaycan Xronikası: Soyqırıma məruz qalan toponimlərimiz – ANONS - VİDEO
Elm və təhsil / 21.02.2023 17:00
Magistraturaya qəbul üçün 100 bal topladı və ölkə birincisi oldu
Mədəni / 21.02.2023 15:17
Bu gün Novruzun ilk Su çərşənbəsidir
Gündəm, Siyasi / 20.02.2023 18:58
“Ermənistan hökuməti danışıqlara gəlməlidir” – QAİ
İqtisadi, Müsahibə / 20.02.2023 10:51
Fariz Hacızadə: “Sığorta kifayət qədər spesfik sahədir” – MÜSAHİBƏ
İqtisadi / 16.02.2023 10:47
Əli Hüseynli: “Mingəçevir bölgənin enerji habına çevriləcək”
Müsahibə / 16.02.2023 01:10
Qərbi Azərbaycan Xronikası: Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub - FOTO - VİDEO
Hadisə / 16.02.2023 01:04
Qərbi Azərbaycan Xronikasında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışılıb - VİDEO
Gündəm, Video müsahibə / 15.02.2023 21:58
Doğulmamış azərbaycanlıları öldürən ermənilər - VİDEO
Müsahibə, Siyasi / 15.02.2023 18:21
Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi, Video müsahibə / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası – TAM MƏTN
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində