“Şərq Tərəfdaşlığı” sammiti iyunda baş tutacaq
Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” sammitinin iyunda keçiriləcək.
Rakus.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O, Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində videokonfrans formatında baş tutan iclasdan sonra bildirib ki, koronavirus pandemiyasına baxmayaraq sammit baş tutacaq.
Onun sözlərinə görə, Aİ üzvü olan ölkələrin XİN başçıları koronavirusla bağlı mövcud böhranın İttifaqın Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün ən etibarlı tərəfdaş olduğunu nümayiş etdirmək üçün fürsət olduğu fikri ilə razılaşıblar.
“Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.