Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq, rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində əyləncə məclisi təşkil edən 11 nəfər məsuliyyətə cəlb olunub.
Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-nə keçən gecə qaydaları kobud şəkildə pozaraq, məclis təşkil edən obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq, cərimə ediliblər.