Səudiyyə Ərəbistanı Avropa şirkətlərini alır
Səudiyyə Ərəbistanı Suveren Fondu (Public Investment Fund, PIF) Avropanın neft-qaz şirkətlərində səhm paketləri almağa başlayıb.
Rakus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı son həftələrdə dörd Avropa şirkətində ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edən səhmlər əldə edib. O cümlədən “Equinor” şirkətinin, təxminən, 14,5 milyon ABŞ dolları həcmində səhmi PIF tərəfindən satın alınıb.
Qeyd edilir ki, Səudiyyə fondu rəsmi Ər-Riyad üçün əlverişli durum olan neft qiymətlərinin düşməsi və koronavirus pandemiyası səbəbi ilə qiymətlərin azalmasıyla əlaqədar kəskin səhm alışına başlayıb.
Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.