Səudiyyə İraqı dəstəkləyir
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud Krallığıq İraqla əməkdaşlıq etmək və onu bütün sahələrdə dəstəkləmək arzusunda olduğunu deyib.
Rakus.az xəbər verir ki, bu barədə “Əl-Arabiyə” telekanalı məlumat yayıb.
Çərşənbə günü Səudiyyə monarxı Ər-Riyadda İraqın baş naziri Adil Əbdül Məhdini qəbul edib.
“Krallıq İraqın tərəfindədir, bizi din, təhlükəsizlik, ümumi maraqlar birləşdirir və bunları müxtəlif sahələrdə möhkəmləndirmək lazımdır. Krallıq İraqla əməkdaşlıq etmək və ona hər sahədə dəstək vermək və ümumi maraqları həyata keçirmək üzrə əməkdaşlıq etməyə hazırdır”, – deyə Əs-Səud bildirib.
Görüşdə kənd təcərrüfatı, neft-qaz sahəsi, quru və dəniz ötürmələrinin inkişafı sahələrində və qarşılıqlı investisiyya artımı baxımından 13 müqavilə imzalanıb.