Hərbi 07.05.2019 19:46

Silahlı Qüvvələrin TTM-də tədbir keçirildi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Yolumuz Heydər Əliyev yoludur” devizi altında tədbir keçirilib.
Rakus.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək Ulu Öndərin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən foto və sənədlərlə tanış olublar.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Ümummilli liderimiz Heydər Əliyevin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır,  Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” sözlərini ilk olaraq sitat gətirən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, bu kəlamların arxasında fövqəlbəşər bir insan, bütün mənalı həyatını dövlətinin, xalqının, millətinin, Vətəninin tərəqqisinə, inkişafına və xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərimizin söz və əməl birliyi dayanır. Gözlərimiz önündə dünyanı heyran qoyan böyük azərbaycanlının əzəmətli obrazı canlanır. Elə bir azərbaycanlının ki, sağlığında xalqımızın qəlbində özünə əbədi yuva qurmuş, ürəklərdə, arzularda heykəlləşmişdir. İstər Vətəndə, istərsə də doğma diyarımızdan çox-çox uzaqlarda özünü bir an da olsun belə Azərbaycanımızdan ayrı hiss etməmiş, qəlbi həmişə Azərbaycanla birgə döyünmüşdür. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən hansı kövrək hissləri keçirdiyinin hər birimiz şahidi olmuşuq.
Qeyd olunub ki, Heydər Əliyev fenomeni təbiətin yüz ildə, min ildə bir dəfə  yaratdığı şəxsiyyətlərdəndir. O, Azərbaycanın hüdudlarına sığmayan dünya səviyyəli bir siyasətçi, uzaqgörən və istedadlı idarəçiliyi sayəsində respublikamızın hər sahədə inkişaf etməsini, bugünkü mövqeyə çatmasını təmin edən ölkə başçısı, bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi bacaran rəhbər kimi qiymətləndirilir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bu xalqın taleyinə Heydər Əliyev kimi bir xilaskar düşmüşdür. Məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan respublikası, Azərbaycan vətəndaşı olan Heydər Əliyev on altı il öncə cismən bizi tərk etsə də, ürəklərdə yaşayır. Heydər Əliyev ideyaları xalqımızı daha parlaq gələcəyə aparır. Onun başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri layiqli davamçısı, özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev və yüzlərlə minlərlə Əliyevçilər uğurla həyata keçirirlər. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var Heydər Əliyev əbədi yaşayacaqdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin səsi ilə təqdim edilən “Azərbaycan” şeirinin son misralarını bütün tədbir iştirakçıları ayağa qalxaraq birlikdə səsləndiriblər.
Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev Ulu Öndərə həsr etdiyi “El atası” mahnısını böyük şövqlə ifa edib. Ulu Öndərlə bağlı xatirələrini danışıb.
Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev müasir mütəşəkkil  Azərbaycan Ordusunun yaranmasında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edərək nəzərə çatdırıb ki, Azərbaycan xalqı bu gün regionun ən güclü Ordusuna malik olduğu üçün ilk növbədə Ulu Öndərimizə minnətdardır. Hələ 48 il öncə Heydər Əliyev böyük uzaqgörənliklə indiki C.Naxçıvanski adına Hərbi liseyi yaratmaqla Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən hiss edir və gələcək ordunun zabit korpusunu yaratmaq barədə planlar qururdu. Ulu Öndərin sayəsində azərbaycanlı gənclər artıq ittifaqın bütün ali hərbi məktəblərində təmsil olunurdular. Əgər bu hərbi lisey olmasaydı, bugünkü güclü, qüdrətli ordumuz haqqında danışmaq da əbəs idi. Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu təhsil ocağının yüzlərlə, minlərlə məzunu indi müxtəlif qoşun növlərində peşəkar zabit kimi Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edirlər. Onların 20 nəfərdən çoxu ali hərbi rütbələrə çatıb, “Azərbaycanın Milli Qəhrəmanı” adına yüksəliblər.
General-mayor Rasim Əliyev vurğulayıb ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ordunun maddi-texniki bazası gündən-günə möhkəmlənir, yeni texnikalar, zenit-raket kompleksləri, artilleriya qurğuları, aviasiya vasitələri, silah-sursat alınır, hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçuların mənzil-məişət şəraiti daha da yaxşılaşdırılır, onların sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ilin Aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl, Ağdərə bölgəsində və ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən döyüş əməliyyatlarında Azərbaycan əsgəri bir daha göstərdi ki, ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir. Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə dediyi kimi, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən bəhs edib. Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Bir ziyalı kimi müasir Azərbaycan Ordusunun uğurlarından qürur hissi keçirdiyini bildirən İ.Qasımzadə deyib: “Müasir Azərbaycan Ordusu mənim də gözlərim önündə yaranıb, formalaşıb. Etiraf etməliyik ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə çevik və mütəşəkkil ordu yarandı, ilk uğurlara nail olduq. Ordumuz Heydər Əliyevin simasında əsl Ali Baş Komandanını tanıdı. Mən də bütün vətəndaşlarımız kimi sevinirəm ki, bu gün güclü, qüdrətli ordumuz var. Mətin, qəhrəman əsgərlərimiz var və İlham Əliyev kimi müdrik və qətiyyətli baş sərkərdəmiz var. Ötən il keçirilən möhtəşəm hərbi paradlarda ordumuz öz gücünü bütün dünyaya göstərdi. Bu, dostlarımızı nə qədər sevindirdisə, düşmənlərimizi də bir o qədər məyus etdi. Əgər Qarabağ uğrunda yenidən döyüşlər başlayacaqsa, mən də Vətənin müsəlləh bir əsgəri kimi silaha sarılacağam”.
Heydər Əliyevin imzaladığı Prezident fərmanı ilə iki dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən ehtiyatda olan polkovnik Şair Ramaldanov Ulu Öndərin Ali Baş Komandanlığı ilə keçirilən uğurlu “Horadiz əməliyyatı” barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 1993-cü ilin dekabr ayından başlayaraq 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən bu əməliyyat zaman Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi. Bu əməliyyat zamanı göstərdikləri şəxsi rəşadət və igidliyə görə 8 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Xeyli texnika, silah-sursat qənimət götürüldü. Şəxsi heyətin döyüş ruhu, qələbə əzmi daha da yüksəldi. Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Bütün bunlar yalnız Ulu Öndərin sayəsində mümkün oldu.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, eləcə də, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Ürəklərdə, nəğmələrdə yaşayır Ulu Öndərimiz” adlı ədəbi-musiqili kompozisiya ilə tədbir başa çatıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO