Mədəni 21.04.2019 12:59

Şirməmməd Hüseynov Çingiz Hüseynovdan yazdı

Professor Şirməmməd Hüseynov gənclik illərindən tanıdığı görkəmli yazıçımız Çingiz Hüseynovun 90 illiyi ilə bağlı çox səmimi bir yubiley xatirəsi yazıb.

Rakus.az xəbər verir ki, professorun təbrikini olduğu kimi təqdim edir.

“Əzizim ÇİNGİZ, bu gün sən də ömrünün 9-cu onluğunu adladın. Keçdiyimiz bu həyat yoluna qiymət vermək fikrində deyiləm. Bu qiyməti biz vermirik.

Bütün bu illərdə səninlə dəfələrlə görüşmüşük, uzun söhbətlər etmişik, fikir bildirib, fikir eşitmişik. Nələr görmüşük, nələrdən keçmişik.
Amma sənin 90 yaşının tamamı xəbərini eşidərkən xatirimdə nə üçünsə 1950-ci illərin əvvəlləri-Moskva həyatı canlandı. Mən MDU-nun filologiya fakültəsinin aspirantı, sən tələbəsi idin. Yauza çayının sahilində, Universitetin Sıramınkadakı yataqxanasında qalırdıq. Yataqxana vaxtilə ll Yekaterinanın soldatlarının kazarmaları olmuş binada yerləşirdi. Bu kazarmaların ayrı-ayrı adlar və hadisələrlə bağlı zəngin tarixi vardı. Amma biz, azərbaycanlı tələbə və aspiranlar da bu binada bir “tarixi” iz qoyduq. Nəyi xatırlatdığımı tutdunmu ? Yəqin ki!

MDU-nun 25-30 nəfər azərbaycanlı tələbə və aspirantı yığışıb yataqxananın yeməkxanasını bağlatmışdıq və Çingizlə Mariyaya toy edirdik. Özü də əsl Azərbaycan toyu!

Bəyi və gəlini xərcə salmamışdıq, kimin nə pulu vardı, son qəpiyinə qədər ortaya qoymuşdu. Gözəl, şən bir məclis qurulmuşdu. Evlənənlərin sağlığına deyilən təbriklərin, arzularin və qaldırılan badələrin sayı yox idi. Qonaqların əksəriyyəti cavan, yeyib-içən oğlanlar olduğundan süfrəmiz hər cəhətdən bol idi.

Toy başa çatdıqdan və bəylə gəlini yola saldıqdan sonra biz, toyun təşkilatçıları, qərar qoyduq ki, indi yorulmuşuq, səhər gələrik, boş içki butulkalarını yığarıq, aparıb təhvil verərik və heç olmasa günorta yeməyinə bir az pul əldə edərik.

Səhər saat 8-də biz yeməkxanaya gələndə məlum oldu ki, Çingizlə Mariya bizdən əvvəl, saat 7-dən gəlib bütün butulkaları yığıb aparıblar !
Bax belə, Çingiz! Halal xoşun, amma indiyədək mənimçün bu sual qalır, sən özün belə zirək idin, ya bu fikir Mariyanın ağlına gəlmişdi?!
Əziz dostum! O məclisdə iştirak edənlərin çoxu bu gün artıq həyatda yoxdur. Tale bizim boynumuza keçən əsrin 50-ci illər gəncliyinin ən gözəl, ən təmiz arzu və niyyətlərini özümüzlə gətirib bu günki nəsillərə çatdırmaq vəzifəsi qoyub. Sən bu işi böyük istedadın, yüksək mənəvi əxlaqın və öz həyat amalına sədaqətinlə yerinə yetirmisən. Bu gün sənin yalnız öz əvəzinə deyil, uzaq gəncliyimizin və dünyasını dəyişmiş ziyalı dostlarımızın da adından danışmağa tam haqqın vardır. İndiki gəncliyin ağsaqqal, nümunə, ziyalı axtarışında Sənin adın birinci cərgədə birinci durur.

Bundan o yana sənə və özümə nə arzu edə bilərəm… Can sağlığı və heç olmasa bir dəfə də Bakıda görüşmək, söhbətləşmək fürsəti!
Təbrik edirəm, əziz qardaşım!”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO