Sloveniyanın Baş naziri Yanez Yanşa Trampı yenidən ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
Rakus.az xəbər verir ki, bu barədə təbriki o özünün “Twitter” səhifəsində yazıb.
“Amerika xalqının Donald Trampı və (vitse-prezident) Mayk Pensi daha dörd il müddətinə seçdikləri aydındır”, – deyə hökumət başçısı ABŞ-da prezident seçkilərinin nəticələrinin hələ bilinməməsinə baxmayaraq bildirib.