Dünya 13.05.2019 10:16

Şou-kompozisiya kraliçasının marağına səbəb oldu - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim etdiyi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə – 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qarşılanıb.

Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozisiyanı hər gün on minlərlə insan canlı izləmiş, televiziya vasitəsilə milyonlarla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər və igidliyinə, rəqqaslarımızın çılğın və hərarətli rəqslərinə heyran olublar. Böyük Britaniyanın nüfuzlu “Dailymail.co.uk” internet portalı “Vindzor Kral Atçılıq Şousu”na həsr etdiyi reportajında Azərbaycanın Qarabağ atlarının iştirakı ilə nümayiş etdirilən şou-kompozisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edib.

11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təsvir edilən Bahar qızının Azərbaycanın qədim Novruz bayramının simvollarından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri və milli kəlağayının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildirib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO