Səhiyyə 18.03.2020 16:47

Spiker koronavirusla bağlı qadağalar qoydu

Martın 18-də Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib:

– Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

– Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılsın;

– Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın;

– Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul etsinlər;

– Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə tapşırılsın ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər;

– işçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilsin;

– Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar;

– Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görsünlər, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər;

– Milli Məclisin tibb məntəqəsinə tapşırılsın ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın;

– Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər;

– Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilsin;

– Milli Məclisin İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etsin.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO