Hadisə 25.11.2023 19:05

Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Subatan kəndi haqqında xüsusi veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Subatan kəndinin etnoqrafiyası, atət-ənənələri, mətbəxi, toyları, xalçaçılıq, aşıq sənəti, bayram ənənələri, kənd təsərrügatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, bu kənd b.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçib. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilib. Yüz evi, yeddi yüzə yaxın əhalisi olan kənddə səkkizillik məktəb, kinoklub, kitabxana fəaliyyət göstərib.

Qeyd olunub ki, rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən kənd cənubda Yuxarı Zağalı, şimalda Çaxırlı, Tüstülü, qərbdə Qızılvəng, Yarpızlı, şərqdə Daşkənd, Qırxbulaq kəndləri ilə həmsərhəd olub. Kəndin kolxoz təsərrüfatı əsasən kökəltmə maldarlıq və tütünçülük olub. Əhali şəxsi təsərrüfatda mal-qara ilə yanaşı, kartof əkinçiliyi ilə də geniş şəkildə məşğul olub. Bunlardan başqa, burada xalçaçılıq da geniş yayılıb.

Diqqətə çatdırılıb ki, dörd dəfə qaçqınlıq həyatı yaşayan bu oğuz yurdu əhalisi 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1991-ci illərdə zorla doğma yurdlarından çıxarılıb, Bakı, Gəncə, Şəmkir, Yevlax, Xanlar, Samux, Bərdə, Ağdaş, Şamaxı və başqa yerlərdə məskunlaşıb.

Süjetdə “Subatan” adının yaranmasından, bulaqlarda su çoxalan zaman baş verən hadisələrdən, eləcə də ermənilərin bulaqları necə qurutmasından söhbət açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 25-də saat 19:30-da “Baku TV”nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hadisə, Mətbuat / 25.11.2023 19:05
Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 24.11.2023 20:15
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”
Maraqlı, Sosial / 24.11.2023 13:43
“Atam dedi ki, apar məni Qaraqayada basdır” – “Həyat Hekayəsi” – ANONS
Siyasi / 23.11.2023 20:00
Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2023 18:37
ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO
Siyasi, Təhlil / 23.11.2023 14:46
Paşinyanın “Qərbi Azərbaycan”la bağlı məkrli planı – ANONS
Gündəm / 23.11.2023 12:06
Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO
Gündəm, Siyasi, Sosial / 22.11.2023 19:51
İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - FOTO - VİDEO
Maraqlı, Siyasi / 22.11.2023 13:45
Amasiya torpaqlarını Ermənistana kim verdi? – ANONS
Hərbi, Siyasi / 22.11.2023 10:48
Ermənistanın mina terrorunun qurbanları AŞPA Prezidentinə müraciət edib
Mədəni / 21.11.2023 19:57
“Azərbaycanlılar İrəvana köçür, teatrları da gəlir” - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 21.11.2023 18:47
Ən dəhşətli saxtakarlıq – “Böyük Ermənistan” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 21.11.2023 18:00
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı keçiriləcək
Siyasi / 21.11.2023 17:46
QAİ bəyanat yaydı: “AŞPA-nın monitorinq proseduru alətə çevrilib”
Təhlil / 21.11.2023 14:44
Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL
Mədəni, Siyasi / 21.11.2023 14:26
Erməni tarixçi-etnoqrafın İrəvan teatrı ilə bağlı etirafı – ANONS
Elm və təhsil / 21.11.2023 12:08
BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 20.11.2023 17:13
“Nəsil ağacı” filmi gənclər üçün nümayiş olunub - FOTO
Gündəm / 20.11.2023 00:02
Erməni terroru – Qarakənd faciəsindən 32 il ötür
Elm və təhsil / 19.11.2023 10:38
Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO
Maraqlı, Sosial / 18.11.2023 20:13
Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO
Sosial / 18.11.2023 12:54
Təməli XVI əsrdə qoyulan Ağbulaq kəndi – ANONS
Siyasi, Təhlil / 18.11.2023 10:00
İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL
Hadisə, Maraqlı, Sosial / 17.11.2023 19:59
“Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” - FOTO - VİDEO
Dünya, Təhlil / 17.11.2023 16:39
Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL