Sudan hərbçiləri müxbiri dəyənəklərlə vurdu
Sputnik agentliyinin müxbiri Məhəmməd əl Fatih aprel ayında hərbi çevriliş zamanı, Sudan küçələrindəki vəziyyəti əhatə edən reportaj hazırlarkən, hərbi polislər tərəfindən dəyənəklərlə bir neçə zərbə alıb.
Rakus.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.
“Çərşənbə günü, Hartum küçələrində vəziyyəti işıqlandırırdım, saat 14: 30-da “Makem Nimr” körpüsünün mərkəzində əməliyyat dəstəyi olan hərbi polislər məni baş və bədən nahiyyədən dəyənəklərlə vurublar “, Fatih bildirib.
Onun sözlərinə görə, əsgərdən biri onun mobil telefonunu güclə alıb, yerə atıb və onu qırıb.
Müxbir əlavə edib: “Digər beş hərbiçdən ibarət qrup jurnalist olduğumu və redaksiyanın göstərişi ilə vəziyyətlə bağlı reportaj hazırladığımı söyləməyimə baxmayaraq başıma və bədənimə dəyənəklərlə vurdular”.