Drone shot of sit-in outside o army headquarters, Khartoum, #Sudan, April 10, 2019
YENİLƏNDİ : Sudanda hərbi çevriliş baş verdi - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, Sudanda ordu, dövlət televiziya binasını zəbt edib və bəzi əskərlər içəriyə daxil olublar.
Rakus.az xəbər verir ki, Son məlumata görə hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.
Sudan dövlet televiziyası, ordunun qısa vaxt ərzində vacib bir açıqlama verəcəyini bildirib.
Ərəb televiziya kanalları, Sudan prezidenti Ömər Əl Bəşirin istefa etdiyini deyərkən, ordunun əl Bəşir və hökümətini vəzifədən alacaqları iddialarını səsləndirib.
Şahidlər Hartumdakı əsas yollar və körpülərin hərbi texnika ilə dolu olduğunu söylədikləri və insanların aralarında “Hökümət istefa Verdi, biz qalib gələcəyik” şəklində danışdıqları ifadə edilir.
09:28
Sudan ordusu yaxın zamanda təcili bəyanatla çıxış edəcək.
Rakus.az xəbər verir ki, bu barədə “əl-Hədəs” telekanalı xəbər verir.
Bildirilir ki, ölkənin paytaxtı Xartumdan hərbi çevriliş haqqında məlumatlar daxil olur.
Telekanalın məlumatına əsasən, hazırda Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilir. Prezident Ömər əl-Bəşir iclasda iştirak etmir.
Paytaxtın küçələrində əlavə təhlükəsizlik tədbirləri görülür. Zirehli texnikalar Prezident sarayının yaxınlığına gətirilir.
Sudanın radiostansiyaları və telekanalları hərbi marşlar yayımlayırlar.
Bir müddət əvvəl hərbçilər Omdurmanda dövlət yayım şirkətinin binasına daxl olublar. Əhalidən ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyyə olunur.
Qeyd edək ki, Sudanda son həftələr prezidentin istefası ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar orduya müraciət edərək, 30 ildən çox hakimiyyətdə olmuş əl-Bəşiri hakimiyyətdən kənarlaşdırmağa çağırmışdı.