Süleyman Soylu istefa verdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.
“Bütün təcrübə və məsuliyyətlərimizi yaşadığımız bu tədbir belə görüntülərə səbəb olmamalı idi. Bu, vicdanla, epidemiya və yoluxmanın dayandırılması üçün həftə sonu atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım dövlət başçımız məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edirəm”, – nazir söyləyib.