Süleymaninin cənazəsi Tehrana aparıldı
ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib.
Rakus.az xəbər verir ki, onun üçün Ayətullah Xamneyinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.
Uuniversitetin ətrafına 100 mindən çox insan toplanıb. Mərasimdə Prezident Həsən Ruhani və digər rəsmi şəxslər iştirak edirlər.
İranın dövlət televiziyası mərasimi canlı yayımlayır. Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi “İnqilab” meydanından Tehranın “Azadi” meydanına kimi vida yürüşü ilə Qum şəhərinə göndəriləcək. Vida mərasimindən sonra vəsiyyətinə uyğun olaraq generalın nəşi doğulduğu Kirman şəhərinə aparılaraq orada dəfn ediləcək.
Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.