“Sülh çeşməsi” əməliyyatı: 459 terroçusu zərərsizləşdirildi
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” (“Barış pınarı”) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terroçusu zərərsizləşdirilib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.
08:55
“Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.
01:02
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” (“Barış pınarı”) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.
“Fərat çayından şərqdə uğurla davam etdirilən “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ümumilikdə 399 terrorçu zərərsizləşdirilib”, – məlumatda bildirilir.
Türkiyə oktyabrın 9-da Suriyada, Fərat çayından şərqdə geniş miqyaslı antiterror əməliyyatına başlayıb.