Sumqayıtda zavod yandı – YENİLƏNDİ
“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın zamanı yeddi nəfər xəsarət alıb”.
Rakus.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın sözlərinə görə, yaralılardan birinə ambulator yardım göstərilib və evə buraxılır:
“Altı nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.
12:57
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın başlayıb.
Rakus.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.
O qeyd edib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib:
“Aparılan tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində iş gedir”.