Suriya hökuməti üç vilayətdə neft yataqları üzərində nəzarəti təmin etdi
Suriya hökuməti üç vilayətdə neft yataqları üzərində nəzarəti təmin edib.
Rakus.az xəbər verir ki, Suriyanın Raka, Hama və Hums vilayətlərində bütün neft və qaz yataqları azad edilib və hazırda yataqların bərpasına başlanıb.
“As-Saura” neft yatağı idarəsinin rəhbəri Əli İbrahim bildirib ki, bu ərazilərdəki bütün neft quyuları tamamilə, kəmərlər isə qismən dağıdılıb. Ə. İbrahim deyib ki, neft yataqlarının bərpası böyük iş və böyük şirkətlərin cəlb olunmasını tələb edir. O, əvvəllər İŞİD terror təşkilatının nəzarətində olmuş bu yataqlarda hər bir quyunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən bombalandığını söyləyib.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlayana qədər Rakka vilayəti və bu bölgədəki neft yataqları YPG/PKK terror təşkilatının nəzarətində olub. YPG/PKK-dan öncə isə Rakkaya İŞİD terror təşkilatı nəzarət edib, Rakka şəhəri İŞİD-in elan etdiyi “xilafətin paytaxtı” elan olunub.