Suriyada hava hücumu zamanı 18 nəfər öldü
Suriyanın şimal-şərqində üsyançıların ən son istinadgahındakı ərazilərə hava hücumları nəticəsində qadınlar və uşaqlar daxil olmaqla azı 18 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Rakus.az xəbər verir ki, müxalif fəalların sözlərinə görə, üç aydır davam edən atəşkəs artıq pozulmağa başlayıb.
İdlibdə hava hücumları son həftələrdə intensivləşib. Hökümət İdlibin şərqində paytaxt Dəməşqlə şimalda yerləşən Hələb şəhərini birləşdirən əsas magistralın nəzarətini ələ keçirmək üçün üsyançıların nəzarət etdiyi ərazilərdə hücuma hazırlaşır.
Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, İdlib vilayətində 20 nəfər öldürülüb, müxalif Suriya Mülki Müdafiə Qrupu isə 18 nəfərin öldüyünü bildirib.
Ən çox tələfat Balyun kəndində olub. Mülki Müdafiə qrupu orada səkkiz nəfərin, Suriya İnsan Haqları Müşahidə Qrupu isə doqquz nəfərin öldüyünü deyib. Hər iki qrup üsyançıların nəzarət etdiyi Bara kəndinə hava hücumunun bir uşaq və iki qadın daxil olmaqla dörd nəfərin ölümünə səbəb olduğunu bildirib.
Hər iki qrup həmçinin İbdeita kəndində də beş nəfərin öldüyünü bildirib. Mülki Müdafiə Qrupunun məlumatına görə, İdlibdə bir başqa kənddə bir uşaq öldürülüb. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə isə orada əlavə iki uşaq da öldürülüb.
Suriyada zorakılıqlar başlayandan bəri itkilərin sayı ilə bağlı mübahisəli məlumatların olması adi hala çevrilib. Səkkiz ildir davam edən Suriya münaqişəsi nəticəsində təxminən 400 insan həyatını itirib, milyondan çox insan yaralanıb və ölkənin müharibədən öncəki əhalisinin yarısı didərgin düşüb.
Suriya qoşunları bu ilin əvvəlində Əl-Qaidə ilə əlaqəsi olan yarı-hərbi dəstələrin çoxluq təşkil etdiyi İdlibə dörd ay davam edən hücum başlatmışdl. Hökümətin hücumu nəticəsində minlərlə mülki vətəndaş evlərindən qaçmaq məcburiyyətində qalmışdı.
Avqustun sonunda əldə olunan atəşkəs hökümətin irəliləməsinin qarşısını alsa da, atəşkəs son həftələrdə dəfələrlə pozulub.