“Taliban” 27 sülhməramlını girov götürdü
Əfqanıstanın fəallardan ibarət bir qrupunun bildirdiyinə görə, “Taliban” üsyançıları Əfqanıstanın qərbində 27 nəfər sülhməramlı yürüşçünü ələ keçirərək, naməlum bir yerə aparıb.
Rakus.az xəbər verir ki, Xalq Sülh Hərəkatının (PPM) sözçüsü Bismillah Vətəndost şərşənbə axşamı təşkilatın 6 avtomobillə Heratdan Fərah vilayətinə gedən 27 həmkarı ilə əlaqənin itirildiyini deyib.
Daha sonra isə ələ keçirilənlərin təhlükəsizliyinin təmin edilməsi və geri qaytarılması ilə bağlı Xalq Sülh Hərəkatının liderlərinin “Taliban”ın yüksək səviyyəli liderləri ilə əlaqə saxladıqları bildirilib.
Fərah polis idarəsinin sözçüsü Möhibulla Möhib Amerikanın Səsinə sülhməramlı yürüşçüləri sonuncu dəfə çərşənbə axşamı saat 3.30 radələrində Herat – Fərah magistral yolunda gördüklərini deyib.
“Taliban” məsələ ilə bağlı nə məsuliyyət daşıdığını bildirib, nə də yürüşçülərin qaçırıldığını açıq şəkildə etiraf edib.