Tallinn Minsk ilə uçuşları yenidən dayandırdı

Belarusiyaya məxsus “Belavia” aviaşirkəti Minsk-Tallinn-Minsk xətti üzrə həyata keçirilən uçuşları yenidən müvəqqəti dayandırıb.
Rakus.az xəbər verir ki, Tallinn Hava Limanının Ticarət işləri üzrə rəhbəri Eero Pyarqmyaenin sözlərinə görə, buna səbəb Belarusiyada koronavirusa yoluxma halları sayının yenidən artmasıdır.
“Təəssüf ki, bu səbəbdən Tallinn və Minsk arasında uçuşlar hazırda müvəqqəti dayandırılıb. Bu, bizim üçün pis xəbərdir. Avqust ayından başlayaraq bu istiqamət üzrə uçuşlar bərpa olunduqdan sonra sərnişinlərin sayında artım müşahidə olunurdu. Həyata keçirilmiş uçuşlarda qeydə alınan sərnişin sayı barədə rəqəmləri söyləyə bilmərəm, çünki bu, kommersiya sirridir, lakin həmin istiqamət üzrə tələbat yüksək olub. Sərnişinlər təkcə Minsk marşrutu üzrə uçmayıblar. Məsələn, Belarusiyadan sonra Ukrayna istiqamətində də uçmaq mümkün olub”, – Eero Pyarqmyae bildirib.