Dünya 22.10.2019 11:00

Tbilisidə İpək Yolu Forumu keçirilir - FOTO

Gürcüstanın paytaxtında “Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq” adlı  beynəlxalq forum keçirilir.

Rakus.az xəbər verir ki, üçüncü dəfə keçirilən forumun missiyasının ali səviyyəli siyasətçilərin, iş adamları və icma rəhbərlərinin bir araya toplayaraq Yeni İpək Yolu üzərində yerləşən ölkələrin ticarət, rabitə, logistika sahələrində qarşılaşdığı problemləri müzakirə etməsinə və region üçün ortaq həll yolları tapılmasına töhfə vermək olduğu bildirilib .

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və onun müavini Elmir Vəlizadə, SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və biznes nümayəndələri təmsil edirlər.

Nazir Ramin Quluzadə forum çərçivəsində keçirilən “Enerjinin Gələcəyi – Ortaya çıxan trendlər, İpək Yolu Enerji kəmərinin Təhlükəsizlik və Davamlılığı” adlı panel müzakirələrində iştirak edəcək.

Forumun ilk günündə ayrı-ayrı panellərdə süni intellekt və onun qlobal iqtisadiyyatda rolu və təsirləri, enerji dəhlizləri boyunca təhlükəsizliyin artırılması, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə ediləcək. Beynəlxalq tədbirin 2-ci günün mövzusunun isə  özəl sektor və investisiya imkanları ilə bağlı olacağı bildirilib.

Panel müzakirələrində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımalarının artırılması imkanları və bu sahədə görülən işlər barədə müzakirələr də aparılacaq.

Qeyd edək ki, “Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir Tərəfdaşlığı” forumuna bu il 2 minə yaxın iştirakçının qoşulacağı bildirilib.

Təşkilatçıları arasında SOCAR-ın da olduğu forum daha əvvəl 2017-ci və 2015-ci illərdə keçirilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO