Hərbi 11.10.2019 23:39

Türkiyənin hücumu – ABŞ-ın cəzalandırma planı -TƏHLİL - FOTO

Türkiyə Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin quru qüvvələri Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı hücumları intensivləşdirib. Suriyanın sərhəddəki kənd və qəsəbələrinə havadan zərbələr endirilib, artilleriyadan mərmilər yağdırılıb.

Rakus.az xəbər verir ki, artıq ikinci gündür Türkiyənin Suriyanın şimalına etdiyi hücumlar dünya boyu geniş qınağa səbəb olub. Sərhəd bölgələrinin sakinləri çərşənbə günü piyada, avtomobillər və rikşalarla bölgəni tərk etməyə çalışıb.

Bu qorxunc ssenari bir neçə il əvvəl bu bölgədə İŞİD-in dəhşətlərindən qaçan şəhər və kənd sakinlərinə tanışdır.

Kürdlərin başçılıq etdiyi qrup və suriyalı fəallar ağır döyüşlərə baxmayaraq, Türkiyə ordusunun bir o qədər də irəliləyiş əldə etmədiyini bildirib. Lakin onların iddiaları müstəqil olaraq təsdiqlənməyib və döyüşlərin getdiyi ərazilərdə vəziyyəti qiymətləndirmək çətin olub.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında hücumlar barədə ətraflı məlumat verilməsə də, ordunun fəaliyyərdə olan videosu paylaşılıb. Nazirlik hücumlar başlayandan bəri Türkiyə təyyarələri və artilleriyasının Fərat çayının şərqindən Suriyadakı 181 hədəfi nişan aldığını bildirib.

ABŞ Prezidenti Donald Tramp “Tvitter” səhifəsində yazıb ki, Türkiyə kürdlərə qarşı hücumu uzun zamandır planlaşdırırdı: “Onlar daim müharibədə olacaq. Bizim hücum bölgəsində nə əsgərimiz, nə də ordumuz var. Mən “sonsuz” müharibəyə son qoymaq istəyirəm”.

Prezident həm də Türkiyəyə xəbərdarlıq edib ki, “qanunlar çərçivəsində hərəkət etməsə, sanksiyaların ciddi zərbəsi ilə üzləşəcək.

Bu arada, BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin hücumuna dair növbədənkənar toplantı keçirilib.

Bu məsələdə ABŞ prezidenti və Konqresin respublikaçı üzvləri arasında fikir ayrılıqları dərinləşməkdədir.

Prezidentin Suriya siyasətini gündəmə gətirən qanunvericilər Suriyada kürd döyüşçülərə qarşı hücuma keçən Türkiyəyə “sarsıdıcı” sanksiyaların tətbiqini təklif edib.

Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb.

Onlar Prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksyalar tətbiq etməklə yanaşı, Rusiyadan S-400 raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.

Bundan əlavə, Türkiyədə hərbi alqı-satqı həyata keçirən fərdlərə sanksiya tətbiq edilməsi, Amerikanın Ankaraya hərbi yardımının dayandırılması və Ərdoğanın kapitalı və aktivləri haqda hesabat hazırlanması tələb olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO