Terrorçular avtobusu gülləbaran etdi
Pakistanın Belucistan əyalətində terrorçular avtobusdan düşürdükləri 14 nəfəri qətlə yetiriblər.
Rakus.az xəbər verir ki, əyalətin daxili işlər naziri Haydar Əli Fransanın AFP agentliyinə 20 nəfərdən ibarət olan terrorçuların “Cəbhə birlikləri” milis qrupunun uniformalarında olduqlarını bildirib. Onun sözlərinə görə, silahlı qruplaşma üzvləri Makran magistral avtomobil yolunda Kəraçidən Ormar şəhərinə səfər edən avtobusun sərnişinlərini gülləbaran ediblər. Nazir əlavə edib ki, ölənlərin hamısı Pakistan vətəndaşıdır və aralarında bir donanma zabiti və sahil təhlükəsizlik xidmətinin əsgəri də var.
Nazirlik qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat həyata keçirir. Pakistanın Baş naziri İmran xan həlak olanların ailələrinə başsağlığı verib.
Terror aktının məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.