Terrorçunun ailəsi üzr istədi - FOTO
Yeni Zelandiyada iki məsciddə 50 müsəlmanı öldürüb, 50-ni yaralayan terrorçu Brenton Tarrantın Avstriyada yaşayan ailə üzvləri çətin olsa da, media qarşısına çıxıb.
Rakus.az xəbər verir ki, T24-ün məlumatına görə, Tarrantın 81 yaşlı nənəsi Mariya Fitcerald xəbəri eşidəndə dəhşətə gəldiyini bildirib :
“Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Bunun heç kimi geri qaytarmayacağını bilsək də, ölənlərin ailələrinə və yaralananlara görə çox heyfsilənirik. Biz onlardan üzr istəyirik. Sadəcə evdə qalıb, hamıdan gizlənmək istəyirik”.
Terrorçunun digər nənəsi, 94 yaşlı Coys Tarrant isə nəvəsinin yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib.
Tarrantın anası Şaron Tarrant müəllim işləyir və o xəbəri dərsdə ikən öyrənib.
Hazırda terrorçunun ailəsi polis tərəfindən qorunur. (Oxu.az)