Texas ştatında atışma oldu - FOTO
Bazar günü jurnalistlərə açıqlama verən Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, El Paso şəhərində baş verən atışma zamanı 20 nəfər ölüb.
Rakus.az xəbər verir ki, şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.
NBC kanalının məlumatına görə, saxlanılan şəxs 21 yaşlı Dallas ştatının sakini – Patrik Krusiosdur. El Pasodakı ticarət mərkəzinə edilən hücumdan əvvəl, o, öz Tvitter səhifəsində Yeni Zelandiyadakı məscidlərdə 50 nəfərin öldüyü və çox sayda insanın yaralandığı terror hücumunu dəstəklədiyini bildirən paylaşım etdiyi bildirilib.
“Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır”.
Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində Texasda baş vermiş silahlı insidentə münasibət bildirərkən qeyd edib.
Xatırladaq ki, şənbə günü Texas şatatının El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.