TEXNOXƏBƏR: Donor böyrək ilk dəfə dronla çatdırıldı - FOTO - VİDEO
Dronlar donor orqanlarını alıcılara ənənəvi nəqliyyat metodlarından daha sürətli çatdırırlar ki, bu da orqanların hədəfə çatdıqları müddətdə hələ də “yararlı” olma ehtimalını artırır.
Rakus.az xəbər verir ki, ötən həftə, dron (pilotsuz) bir xəstəxanadan beş kilometr uzaqlıqdakı Maryland Tibb Mərkəzi Universitetində cərrahlara donor böyrəyini təslim edib. Sonra böyrək böyrək çatışmazlığı olan xəstəyə uğurla nəql edilib. İlk dəfədir ki, pilotsuz transplantasiyaya orqan çatdırmaq üçün istifadə edilib.
Böyrək əməliyyatdan əvvəl yeddi ilini dializdə keçirən 44 yaşındakı Baltimorlu qadına köçürülüb. Bir neçə gün sonra xəstəxanadan buraxılıb.
Dron stabilliyi təmin etmək üçün səkkiz rotorlu xüsusi qurulmuş bir modeldir. Universitet uçuş zamanı orqanın ən yaxşı vəziyyətdə olmasını təmin etmək üçün temperatur, atmosfer təzyiqi, yüksəklik, vibrasiya və yerləşimin saxlanması üçün xüsusi bir cihaz yaradıb.
Tectdən əvvəl tədqiqat qrupu fizrastvor, qan təchizatı və digər materialları hazırlayıblar. Bununla belə, bir pilotsuz ilk dəfə deyil ki, diqqətlə idarə olunan şəraitdə saxlanılmalı olan tibbi təchizatların çatdırılmasında istifadə edilir. Məsələn, pilotsuzlar Qanaya dərmanlar və Vanuatuya aşılar çatdırıblar.
Lakin orqanların nəqli xüsusilə həssasdır. Orqanlar bədəndən xaricdə yalnız bir neçə saat yaşaya bilərlər. Burada vaxt mühüm rol oynayır. Yəqin ki, möcud durumda dronlar yeganə normal həll olacaqlar.